Azerbaijan

Avstriyada kafe və restoranların fəaliyyəti bərpa olunub -

Avstriyada koronavirus pandemiyası ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan kafe və restoranlar yenidən müştəri qəbul edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə bütün qastronomiya obyektləri mayın 15-dən etibarən yenidən fəaliyyətə başlayıb. Lakin bu fəaliyyət bir sıra məhdudiyyət və qaydalarla müşayiət olunur. Belə ki, qastronomiya obyektləri səhər saat 6-dan axşam saat 11-dək işləyə bilər və müştəri masaları arasında məsafə ən azı bir metr olmalıdır. Hər masa ətrafında isə ən çox 4 nəfərin əyləşməsinə icazə veriləcək. İnfeksiya riskini mümkün qədər aşağı salmaq üçün işçi heyət maskalardan istifadə etməlidir.

Qastronomiya obyektlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hələlik iyulun 1-dək qüvvədə olacaq. Bu sahənin canlanmasını təmin etmək üçün hökumət vergi yüngülləşdirmələri, eləcə də içkilərə tətbiq olunan verginin 20 faizdən 10 faizə endirilməsi barədə qərar qəbul edib.

Milli.Az

Football news:

The management of the Premier League excludes the possibility of canceling the relegation this season
In 2001, Beckham played the best match for the national team. He was inspired by a girl with a unique disease-an inverted heart
Inter will get 15 million euros if PSG sell Icardi to another Italian club
Langle does not want to leave for Inter from Barcelona
Lineker on Messi: I am a fan of Ronaldo, but the title of the best player in the world can not even be discussed
Gianfranco Zola: Hazard and Willian suffered from Sarri's training
Barcelona wants to convince Artur to agree to a trade to Juventus for Pjanic